"Qarabağ" - "Çelsi" oyununun biletləri sabah satışa çıxarılır
UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Çelsi" (İngiltərə) oyununun biletləri sabah satışa çıxarılacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Satışa oktyabrın 29-da, saat 15:00-dan start veriləcək.
Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.
Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.
Oxşar xəbərlər
"Neftçi" və Qırğızıstan klubu arasında əməkdaşlıq perspektivliyi müzakirə olunub
Qırğızıstan Premyer Liqasında çıxış edən "Özgön" klubunun nümayəndə heyəti "Palms Sports" Futbol Mərkəzində "Neftçi"nin qonağı olub. BAKU.WS xəbər verir ki, onl...