"Qarabağ” “Vorskla”ya məğlub olub
25
okt
2018
23:21
UEFA Avropa Liqasının III turu çərçivəsində “Qarabağ” Ukraynanın “Vorskla” komandası ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanın 48-ci dəqiqəsində “Vorskla”nın 10 nömrəli oyunçusu Vladislav Kulaç komandasını hesabda irəli çıxarıb: - 0:1.Meydan sahibləri bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın olsalar da, bu imkanlardan istifadə edə bilməyiblər."Qarabağ": 13. Vaqner da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simoen Slavçev, 7. İnnosent Emeqara, 8. Miçel Madeyra, 9. Araz Abdullayev, 14. Rəşad Sadıqov (k), 17. Abdulah Zubir, 52. Jakub Jezniçak, 77. Donald GeryeBaş məşqçi: Qurban Qurbanov“Vorskla”: 1. Boqdan Şust, 4. İqor Perduta, 5. Najip Yakubu, 6. Aleksandr Sklya, 10. Vladislav Kulaç, 11. Vyaçeslav Şarpar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 26. Yuri Kolomoyets, 44. Ardin Dallku (Kosovo), 82. Pavlo Rebenyo Baş məşqçi: Vasili SaçkoBAKU.WS
Oxşar xəbərlər
“Qarabağ” - “Arsenal”a uduzdu - 0:3 (VIDEO/FOTO)
Oktyabrın 4-də Ağdamın "Qarabağ" komandası futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Londonun “Arsenal” klubu ilə qarşılaşıb....