"Qarabağ" - "Roma": 40 000 bilet satılıb

Qarabağ - Roma: 40 000 bilet satılıb
İdman 1749
"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. BAKU.WS-in məlumatına görə, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 40 000-ə çatıb. Azarkeşlərimiz biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.Biletlərin qiymətləri:VIP – 50 AZNKateqoriya 1 – 20 AZNKateqoriya 2 – 10 AZNKateqoriya 3 – 5 AZNKateqoriya 4 – 2 AZNŞatış məntəqələri:Asan Xidmət MərkəzləriHeydər Əliyev Sarayının kassası28 MallGənclik MallPark Bulvar (Qarabağ FK Fanshop)M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)BAKU.WS

Son xəbərlər