"Qarabağ"ın ilk ev oyununa biletlərin qiyməti AÇIQLANDI

Qarabağın ilk ev oyununa biletlərin qiyməti AÇIQLANDI
İdman 16040
"Qarabağ"ın ilk ev oyununda biletlərin qiymətləri açıqlanıb. BAKU.WSxəbər verir ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda "Qarabağ"ın qarşılaşacağı "Roma"yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.Biletlərin qiymətləri:VIP - 50 AZNKateqoriya 1 - 20 AZNKateqoriya 2 - 10 AZNKateqoriya 3 - 5 AZNKateqoriya 4 - 2 AZNŞatış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).BAKU.WS

Son xəbərlər