"Roma" - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı

Roma - “Qarabağ” oyununun biletləri satışa çıxarıldı
İdman 7665
İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarının biletlərini bu gündən satışa çıxarıb.BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, “canavarlar” “Qarabağ”la görüş üçün də biletlərin qiymətini açıqlayıblar.“Roma”nın Azərbaycan çempionu ilə matçına ən ucuz bilet 30 (təxminən 61 manat), ən baha bilet isə 95 avroyadır (təxminən 194 manat). Müqayisə üçün qeyd edək ki, “Roma”nın “Atletiko” və “Çelsi” ilə oyunlarının biletləri 40-115 avro (təxminən 82-234 manat) dəyərindədir. Qadınlara, 14 yaşdan aşağı uşaqlara və 65 yaşdan yuxarı şəxslərə biletlərin qiymətində güzəşt nəzərdə tutulub.Qeyd edək ki, “Qarabağ” dekabrın 5-də “Roma”nın qonağı olacaq.BAKU.WS

Oxşar xəbərlər

“Qarabağ”ın futbolçuları C qrupunun simvolik heyətində – FOTO

“Qarabağ”ın futbolçuları C qrupunun simvolik heyətində – FOTO

Çempionlar Liqasında bütün qruplar üçün simvolik heyətlər müəyyənləşdirilib. BAKU.WS futbolpress.az-a istinadən xəbər verir ki, “Squawka”nın hazırladığı “11-lik...

1995 İdman 16:41 26 avqust 2017

Son xəbərlər