"Qalatasaray" Yaser Asprilyanı heyətinə qatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni oyunçu ilə gücləndirib.
BAKU.WS xəbər verir ki, İstanbul təmsilçisi İspaniyanın "Jirona" klubundan 22 yaşlı vinger Yaser Asprilyanı icarə əsasında transfer edib.
Klubun yaydığı açıqlamaya görə, Kolumbiya millisinin üzvü mövsümün sonuna qədər "sarı-qırmızılılar"ın formasını geyinəcək və bu müddət üçün 1,2 milyon avro maaş alacaq.
Asprilya bu mövsüm "Jirona"da 17 rəsmi oyunda iştirak edərək 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yeni transferin "Qalatasaray"ın hücum xəttinə əlavə dinamika qatacağı gözlənilir.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...