"Qalatasaray" Vendelin transferini bitirməyə yaxındır
"Qalatasaray"ın nümayəndəsi Cenk Ergün Rusiyanın Sankt-Peterburq şəhərini tərk edib.
BAKU.WS xəbər verir ki, bunu jurnalist və insayder Yağız Sabuncuoğlu öz X hesabında yazıb. Məlumata görə, Cenk Ergün "Zenit"in braziliyalı futbolçusu Vendelin transfer məsələsini bitirmək üçün Rusiyanın şimal paytaxtında idi. "Qalatasaray"ın Vendel üçün yeni təklif hazırladığı da yayılan xəbərlər arasındadır. Bir müddət əvvəl isə futbolçunun özünün "Qalatasaray"da oynamaq istəməsi və klublar arasında razılıq əldə olunmasını gözlədiyi bildirilir.
Qeyd edək ki, Vendel ötən mövsüm "Zenit"in forması ilə çıxdığı 35 matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalmışdı. Transfermakt saytı 26 yaşlı Vendelin bazar dəyərini 20 milyon olaraq dəyərləndirir.
Oxşar xəbərlər
"Qalatasaray" "Zenit"in futbolçusunu transfer etmək istəyir
Türkiyənin "Qalatasaray" futbol klubu Rusiyanın "Zenit" klubunun futbolçusu Vendeli transfer etmək istəyir. BAKU.WS Sabah-a istinadən xəbər verir ki, futbolçun...