Premyer Liqanın XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub
31
yan
2026
16:25
Misli Premyer Liqasının XVIII turunda "Kəpəz" "Şamaxı"ya məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər.
"Şamaxı"nın heyətində Arsen Ağcabəyov (12) və Karim Rossi (45+1) fərqləniblər.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv xallarının sayını 24-ə çatdıraraq turnir cədvəlində 7-ci sıraya yüksəliblər. "Kəpəz" isə 12 xalla 11-ci pillədə yer alıb.
Qeyd edək ki, turun açılış matçında "Sumqayıt" "Karvan-Yevlax"a 2:0 hesabı ilə qalib gəlib. XVIII tura fevralın 1-də yekun vurulacaq.
Oxşar xəbərlər
"Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb
İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla yolları ayırdığını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, artıq yeni məşqçi təyinatının pro...