Premyer Liqa: "Sabah" "Qəbələ"ni məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:1. Meydan sahiblərində 19 və 41-ci dəqiqədə Davit Volkov fərqlənib. Qonaqların qolunu isə 45+3-cü dəqiqədə Əyyub Allaş vurub.
Xallarının sayını 37-ə çatdıran "Sabah" "Neftçi" və "Səbail"lə birlikdə 3-5-ci yerləri bölüşdürür. Sonuncu sıradakı "Qəbələ"nin 15 xalı var.
Qeyd edək ki, bu gün baş tutan "Kəpəz" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 3:3. Martın 8-də "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib - 1:0. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqa: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək. BAKU.WS-in məlumatına görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçək...