Premyer Liqa: "Neftçi" "Kəpəz"in, "Qəbələ" "Sabah"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha iki oyunu keçiriləcək.
BAKU.WS-in məlumatına görə, ilk qarşılaşma Tovuz şəhər stadionunda gerçəkləşəcək.
Gəncə təmsilçisi "Kəpəz" "Neftçi" ilə üz-üzə gələcək. Bölgə klubu 26 xalla 9-cu, "ağ-qaralar" 36 xalla 4-cü pillədə qərarlaşıb.
Günün ikinci matçında "Sabah" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri 36 xalla 6-cı yerdədir. 15 xala malik "Qəbələ" sonuncu sıradadır.
Azərbaycan Premyer Liqası
XXVI tur
9 mart (şənbə)
15:00. “Kəpəz” – “Neftçi”Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Nicat İsmayıllıHakim-inspektor: Barış ŞimşekAFFA nümayəndəsi: Məmmədəli MəmmədovTovuz şəhər stadionu
17:30. “Sabah” – “Qəbələ”Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Əli ƏliyevHakim-inspektor: Ramil DiniyevAFFA nümayəndəsi: Zümrüd Ağayeva“Bank Respublika Arena”
Qeyd edək ki, daha əvvəl "Sumqayıt" səfərdə "Səbail"ə qalib gəlib. XXVI tura martın 10-da "Turan Tovuz" - "Araz-Naxçıvan" və "Qarabağ" - "Zirə" görüşləri ilə yekun vurulacaq.
Oxşar xəbərlər
"Neftçi" bu gün Mehdi Hüseynzadə adına stadionda "Sumqayıt"ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. ilk olaraq "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumq...