Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub edib
Misli Premyer Liqasında XXX tura start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, günün ilk oyununda "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı qarşılaşma Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.
"Sarı-göylər"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...