Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlandı

Portuqaliya və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasında keçiriləcək Avropa çempionatının seçmə qrup oyunu üçün təyinatlar açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq qarşılaşma Kiprdən olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Konstantinos Fellasa yan xətlərdə Pavlos Georgiu və Giorgios Xaralampus, eləcə də Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.
Serbiyalı Deyan Filipoviç hakim-inspektor, ingiltərəli İan Atkins UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Cidade de Barcelos" stadionunda keçiriləcək B qrupunun oyunu Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Oxşar xəbərlər
İlkay Gündoğan "Qalatasaray" üçün İstanbula gəlir
"Mançester Siti"nin ulduz futbolçusu İlkay Gündoğan "Qalatasaray"a transfer olunur. BAKU.WS xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano məlumat...
