Paris-2024: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda məğlub olub - YENİLƏNİB 2
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq Maqomedxan medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda güləşəcək. İdmançımızın rəqibi təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək. Həm bürünc medal uğrunda yarışlar, həm də təsəlliverici görüşlər sabah keçiriləcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***16:13
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. M.Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***13:30
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/8 finalda Dominikan Respublikasından olan Luis Migel Pereslə üz-üzə gəlib.
Görüş təmsilçimizin 9:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Osman Nurmaqomedov üçün yarış mükafatsız başa çatıb - YENİLƏNİB
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub. "Report"un turnirə ezam ol...