Paris-2024: Azərbaycan paralimpiyaçılarının növbəti qrupu vətənə qayıdıb
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Paralimpiya Oyunlarında yüksək nəticələr əldə etmiş Azərbaycan idmançılarının növbəti qrupu vətənə qayıdıb.
İdmançıları daşıyan təyyarə 05:16-da Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edib.
Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Milli Paralimpiya Komitəsinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Gələn idmançılar arasında paralimpiya birinciləri Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov, habelə turnirin gümüş və bürünc mükafatçıları - Raman Saley, İlham Zəkiyev və Vəli İsrafilov var.
Xatırladaq ki, daha əvvəl paralimpiyaçıların ilk qrupu vətənə qayıtmışdı.
Qeyd edək ki, 169 ölkənin mübarizə apardığı Paris-2024 Yay Paralimpiya Oyunlarını Azərbaycan millisi 28-ci pillədə başa vurub. 18 paralimpiyaçı ilə iştirak edən Azərbaycan yığması 4 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
Oxşar xəbərlər
"Qalatasaray" ulduzunu itirir - Vlahovic gedib Osimhen gələcək?
Yanvar ayı yaxınlaşdıqca "Qalatasaray"da Viktor Osimhenin transfer spekulyasiyaları xeyli artır. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, keçmiş fut...