Olimpiadada snayperlərin dueli yaşandı: Fransız idmançı qızılı norveçlilərə vermədi
İtaliyada keçirilən Olimpiya Oyunlarında biatlonçular möhtəşəm yarış keçiriblər. Kişilər arasında 10 km sprintdə dünyanın ən güclü idmançıları arasında inanılmaz mübarizə yaşanıb.
BAKU.WSxəbər verir ki, atış dəqiqliyi, sürət və son metrələrdə gərginlik yarışı unudulmaz edib. Ən dəqiq atış edən biatlonçulardan biri isə finişdən sonra göz yaşlarını saxlaya bilməyib.
Startdan əvvəl əsas favoritlər kimi fransalı Erik Perro və italiyalı Tommaso Giacomel göstərilirdi. Lakin 33 yaşlı Kventen Fiyon Mayeyə hamı inanmırdı. Onu müdafiə edən əsas şəxs isə əfsanəvi fransız biatlonçu Martin Fourkade olmuşdu. Fourkade hələ Oyunlar başlamazdan əvvəl onun hesabdan silinməməli olduğunu bildirmişdi.
Kventen Fiyon Maye 10 km sprint yarışında qələbə qazandı. O, yüksək sürət nümayiş etdirdi və atışda bütün 10 hədəfi dəqiq vurdu. Bununla da Fransa təmsilçisi olimpiadada ikinci qızıl medalını əldə etdi. Ümumilikdə isə onun Olimpiadalardakı qızıl medallarının sayı dördə çatdı. Martin Fourkadenin rekorduna çatmaq üçün ona daha iki qələbə lazımdır. Qarşıda isə təqib yarışı, estafet və kütləvi start var.
Norveçli Vetle Sjåstad Christiansen qalibdən 13,7 saniyə geri qalaraq ikinci oldu. O da 10 hədəfin hamısını dəqiq vurdu, lakin xizəkdə bir qədər zəif idi.
Üçüncü yeri digər norveçli Sturla Holm Legreid tutdu. O, finişdə qalibdən cəmi 15,9 saniyə geri qaldı və atışda tam dəqiqlik göstərdi.
Yarışın ən böyük məyusluğu isə fransalı Emilien Jakquelin oldu. İkinci atış məntəqəsindən sonra o, həmyerlisi Fiyon Mayeni 6,3 saniyə qabaqlayırdı və 10 hədəfi cəmi 16 saniyəyə vurmuşdu. Lakin son kilometrdə sürətini itirdi və sonda bürünc medaldan cəmi 0,2 saniyə geri qaldı. Bu, onun karyerasında ilk fərdi Olimpiya medalı ola bilərdi.
Beşinci yeri isveçli Sebastian Samuelsson tutdu. O da bütün hədəfləri dəqiq vurdu, lakin ilk üçlüyə düşə bilmədi.
Favoritlərdən Erik Perro doqquzuncu oldu – iki səhv atış və 1 dəqiqə 2 saniyə gerilik. Ev sahibi Tommaso Giacomel isə üç səhv buraxaraq 22-ci pillədə qərarlaşdı və qalibdən 1 dəqiqə 43 saniyə geri qaldı.
Oxşar xəbərlər
Mateuş Koxalskinin gələcəyi: Müqavilədəki vacib detallar bəlli oldu
"Qarabağ"ın qolkiperi Mateuş Koxalskinin cari mövsüm yekunlaşdıqdan sonra komandanı tərk edəcəyi ilə bağlı ehtimallar güclənir. Bu barədə xüsusilə Polşa mətbuat...