Okan Buruk üçün vacib sınaq - Qalib gəlsə tarixə düşəcək
"Qalatasaray" bu axşam Avropa Liqasındakı rəqibi "Tottenhem"ə qalib gəlsə, baş məşqçi Okan Buruk ən çox qələbə qazanan türk məşqçi adını qazanacaq.
BAKU.WS xəbər verir ki, "RAMS Başakşehir" və "Qalatasaray"ın baş məşqçisi kimi Avropa Liqasında 15 matça çıxan Buruk 8 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət əldə edib.
Buruk növbəti qələbəsini qazansa, Aykut Kocaman, Mustafa Reşit Akçay və Şenol Günəşlə bölüşdüyü yerin şəriksiz lideri olacaq.
"Qalatasaray" son 11 rəsmi matçda məğlub olnayıb. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsveçrə təmsilçisi "Yanq Boyz"a son məğlubiyyətini alan sarı-qırmızılılar, bundan sonra 8 Super Liqa və 3 UEFA Avropa Liqası matçı keçirib.
Oxşar xəbərlər
Azərbaycanda 2025-ci ilin ən yaxşı məşqçisinin adı məlum oldu
Gənclər və İdman Nazirliyi 2025-ci ilin idman yekunlarına həsr olunmuş ənənəvi tədbirini keçirib. BAKU.WS xəbər verir ki, "Buta Palace"da təşkil olunan mərasim...