Okan Buruk "Qarabağı" təriflədi: "Qurbanovun uğuru təsadüf deyil"

Okan Buruk Qarabağı təriflədi: Qurbanovun uğuru təsadüf deyil
İdman 30

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk idman şərhçisi Ertem Şenerin "Adam Adama" verilişində çıxışı zamanı "Qarabağ"lı həmkarı Qurban Qurbanovu tərifləyib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Buruk Azərbaycana salam göndərərək, Qurbanovun uğurlarının qətiyyən təsadüf olmadığını deyib.

"İlk növbədə, Azərbaycana sevgi və salamlarımı göndərirəm. Zəfər Gününü təbrik edirəm. Meydandan kənar uğurlar meydandakı qələbələr qədər vacibdir. Biz də azərbaycanlı qardaşlarımızla eyni hissləri bölüşürük. Qurban Qurbanov və "Qarabağ" komandası bunun bariz nümunəsidir.

İki il əvvəl Bakıda yoldaşlıq oyunu oynadıq və o zaman başa düşdüm ki, bu uğurlar təsadüfi deyil. Onlar "Benfika"ya qarşı çox yaxşı çıxış etdilər və "Çelsi" matçında da qalib gələ bilərdilər", - deyə o bildirib.

"Qalatasaray"ın çalışdırıcısı Azərbaycan azarkeşlərinin onları səmimi qarşılamasını da unuda bilməyəcəyini deyib:

"İki il əvvəl Azərbaycana gedəndə saat 1:30-da hava limanına eniş etdik və inanılmaz izdiham var idi. Bəlkə də ilk dəfə idi ki, bizi belə qarşılayırdılar", - deyə Okan Buruk xatırlayıb.

O, "Qarabağ"ın bir sıra oyunçularının Türkiyə liqasında oynama ehtimalı ilə bağlı danışıb:

"Onların hamısı çox dəyərli oyunçulardır. Amma oradakı uğurlarından məmnundurlar, ona görə də başqa komandaya keçmək istəmirlər. "Qalatasaray"da da vəziyyət eynidir. Gələnlər asanlıqla getmək istəmirlər, gedənlər isə həmişə xatırlayırlar", - baş məşqçi qeyd edib.

Son xəbərlər