O, Yamalı Messidən sonra ən yaxşı futbolçu adlandırdı
"Barselona"nın 20 yaşlı yarımmüdafiəçisi Qavi İspaniya kubokunun 1/8 finalında "Betis"lə oyundan (5:1) sonra Kataloniya komandasının 17 yaşlı cinah yarımmüdafiəçisi Lamine Yamalla bağlı sualı cavablandırıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, Yamalı Messidən sonra ən yaxşı futbolçu hesab etdiyini deyib.
"Bəli, bu doğrudur. Yamal Lionel Messidən sonra, ən yaxşı futbolçudur".
Xatırladaq ki, "Betis"lə görüşdə Qavi matçın 3-cü dəqiqəsində ilk qolu vurub. Yamal isə həm qol vurub, həm də məhsuldar ötürmə edib.
17 yaşlı futbolçu Kataloniya komandasına 2023-cü ilin iyulunda qoşulub. Bu mövsüm Yamal 24 matçda iştirak edib, burada 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalının məlumatına görə, futbolçunun transfer dəyəri 180 milyon avrodur.
Oxşar xəbərlər
Yamal sevgilisindən ayrılmır, hətta Dünya Çempionatında belə... - Ayrıca otaq istədi
"Barselona" klubunun və İspaniya millisinin gənc ulduzu Lamine Yamal Dünya Çempionatı zamanı sevgilisi ilə qalmaq üçün ayrıca otaq istəyib. BAKU.WS xəbər verir...