Nyu-Yorkda boks gecəsində yarışçının pariki ringdə düşdü
Nyu-Yorkdakı Madison Square Garden arenasında keçirilən boks gecəsi qeyri-adi hadisə ilə yadda qalıb. Jarrell Miller ilə Kingsley Ibeh arasında baş tutan döyüş zamanı Millerin başındakı parik ringdə çıxıb və bu anlar sosial şəbəkələrdə geniş müzakirə olunub.
BAKU.WS xəbər verir ki, Miller insidentə yumorla yanaşaraq bunu problem etmədiyini bildirib. Qəribə hadisəyə baxmayaraq, o, döyüşü split decision ilə qazanıb. İki hakim Millerə 97–93, bir hakim isə Ibehə 96–94 hesabı ilə üstünlük verib.
Bu qələbə ilə Jarrell Millerin karyera rekordu 27 qələbə, 1 məğlubiyyət və 2 heç-heçə olub. Kingsley Ibeh isə 16–3–1 göstəricisi ilə kifayətlənib.
Oxşar xəbərlər
Zidandan Fransa millisində böyük dəyişiklik: Mbappeyə yeni rol
Zidan Fransada yeni qaydalar tətbiq edir: Mbappe üçün fərqli rol, heyətdə böyük dəyişiklik 2026-cı il dünya çempionatından sonra Fransa millisində baş məşqçi də...