NTD-nin baş məşqçisi: "Sabah"la matç bizim üçün böyük bir dərs olmalıdır"
"Sabah"la matç bizim üçün böyük bir dərs olmalıdır.
"Report" xəbər verir ki, bunu NTD-nin baş məşqçisi Tahir Baxşıyev Azərbaycan Basketbol Liqasının IV turunda "Sabah"la qarşılaşmadan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis rəqibin daha üstün olduğunu etiraf edib:
"Oyun haqqında danışılası çox şey yoxdur. Hazırda "Sabah" bizdən bir baş üstündür və oyun da bunu göstərdi. Əgər düzgün nəticələr çıxarıb, dərs ala bilsək, inkişaf edəcəyik. Deyərdim ki, oyunun nəticəsini komandalar arasındakı səviyyə fərqi müəyyənləşdirdi".
Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksində keçirilən "Sabah" - NTD görüşü meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 110:86.
Oxşar xəbərlər
"Qalatasaray" klubunun futbolçusu əməliyyat olunub
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Mauro İkardi əməliyyat olunub. "Report" xəbər verir ki, əməliyyat argentinalı futbolçunun ölkəsində baş tutub. Qeyd...