"Evsiz-eşiksiz qaldım" - Məhkəmənin qərarı niyə icra olunmur?

Evsiz-eşiksiz qaldım - Məhkəmənin qərarı niyə icra olunmur?
Video
Hadisə 10

Nəsimi rayonunun Nəcəf bəy Vəzirov küçəsində yaşayan Nisəxanım Əzimova mülkünün qonşusu tərəfindən aldadılaraq satıldığını və pulunun ödənilmədiyini iddia edib.

BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, qadın 2014-cü ildə yaşadığı ərazidə söküntü işlərinin başladığını bildirib.

Nisəxanım Əzimova razılaşmadığı üçün qonşusu Nəriman Cavadovun kömək edə biləcəyinə inanaraq ona etibarnamə verib:

"Mənə yaxınlaşıb dedi ki, qadınsan, təksən, şirkət səni aldada bilər. Mənə etibarnamə ver, sənə kömək edim. Mən də ona inanaraq etibarnamə verdim. 2019-cu ildə məni notariusa apardı, daha sonra sənədlərə imza atdırdı. Dedi ki, mülkünü satmışam, pulunu axşam gətirəcəyəm. Amma həmin gündən bu günə qədər pulumu ala bilməmişəm".

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Sakin bildirib ki, Nəriman Mürşüd oğlu Cavadov dələduzluq maddəsi ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilib və hazırda həbsdədir.

N.Əzimovanın qızı isə sonrakı məhkəmə proseslərində də onların xeyrinə qərarlar qəbul edildiyini deyib. Onun sözlərinə görə, Nəriman Cavadovun Yasamal rayonunda yerləşən, ikimərtəbəli, 9 otaqlı və 336 kvadratmetr sahəsi olan fərdi yaşayış evinin məhkəmə qərarına əsasən onlara verilməsi nəzərdə tutulub. Lakin həmin qərarın icrası hələ də təmin edilməyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər