Növbəti "El-Klasiko"nun keçiriləcəyi yer bilinib
Yeniliklərdən dərhal xəbərdar olun
"Barselona" rəhbərliyi La Liqanın 35-ci turu çərçivəsində "Real Madrid"ə qarşı may El Klassikosunu İspaniyadan kənarda yerləşən stadionda keçirməyi düşünür.
BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Bildirilib ki, Kataloniya klubu hesab edir ki, "Kamp Nou" stadionunun bərpası həmin vaxta qədər başa çatmayacaq, ona görə də rəhbərlik alternativ yer axtarmağa məcburdur.
Beləliklə, mümkün variantlardan biri tutumuna görə (90 min tamaşaçıdan çox) Avropada Camp Nou-dan sonra ikinci yerdə olan İngiltərənin "Uembli" stadionudur. Rəhbərlik həmçinin hesab edir ki, "Uembli" "blauqrana" azarkeşlərinin qəlbində xüsusi yer tutur, çünki burada kataloniyalılar 1992-ci ildə avrokubokların finalında qalib gəlib, 2011-ci ildə isə Çempionlar Liqasında "Mançester Yunayted"ə qalib gəliblər.
Qeyd edək ki, La Liqa rəhbərliyi və İspaniya Futbol Federasiyası kataloniyalıların bu qərarını dəstəkləyir.
Xatırladaq ki, "Barselona" - "Real Madrid" matçı mayın 11-nə təyin edilib.
Oxşar xəbərlər
Adil Kazımlı Olimpiya Oyunlarında gümüş medal qazandı
Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərb...