İngilis klubundan Kadıoğluna fantastik TƏKLİF

İngilis klubundan Kadıoğluna fantastik TƏKLİF
İdman 99

Bu mövsüm göstərdiyi performansla Avropa komandalarının transfer siyahılarına düşməyi bacaran Ferdi Kadıoğlu ilə "Arsenal"dan sonra daha bir İngiltərə komandası maraqlanır.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, "Vest Hem Yunayted" Kadıoğlunu "radar"ına salıb.

Premyer Liqa təmsilçisinin Ferdi üçün 22 milyon avroluq təklif etməyə hazırlaşdığı iddia edilir.

Qeyd edək ki, Ferdi Kadıoğlu bu mövsüm "Fənərbağça"nın heyətində 50 oyun keçirib.

24 yaşlı futbolçu bu matçlarda 3 qol vurub, 5 məhsuldar ötürmə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər