Neymar Messi ilə eyni klubda oynaya bilər
09
avq
2026
11:18
ABŞ-nin "İnter Mayami" klubu Braziliyanın "Santos" komandasında çıxış edən Neymarı heyətinə qatmaq niyyətindədir.
BAKU.WS xəbər verir ki, 34 yaşlı hücumçunun 2027-ci ilin yanvarından MLS təmsilçisinin formasını geyinməsi mümkündür.
Neymarın karyerasını Şimali Amerikada davam etdirmək variantını nəzərdən keçirdiyi bildirilir.
Braziliyalı futbolçunun "Santos"la müqaviləsi 2026-cı il dekabrın 31-də başa çatır. Neymar bu mövsüm 19 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
"Transfermarkt" onun hazırkı bazar dəyərini 8 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı
"Formula-2" üzrə Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırılıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, yarışın yekunlarına əsasən ilk...