"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub
"Neftçi"nin məşqçilər heyətinə yeni təyinatlar olub.
Klubdan BAKU.WS-ə verilən məlumata görə, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər.
Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.
Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində "Nazilli Belediyyespor", "Bucaspor", "Karşıyaka", "Altınordu", "Trabzonspor" və "İkas Eyüpspor" klublarında çalışıb.
32 yaşlı Fuad Əsədov isə əvvəllər "Neftçi" Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandamızda çalışıb. O, "Rəvan" (U-19) və "Səbail" klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarımızda da işləyib.
Oxşar xəbərlər
Azərbaycan Güləş Federasiyasının əsas hədəfi olimpiadaya lisenziyalar qazanmaqdır
Hədəfimiz Yay Olimpiya Oyunlarına lisenziyalar qazanmaqdır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti N...