"Neftçi"nin futbolçusu əməliyyat olunub
23
apr
2025
11:43
"Neftçi"nin çiynindən zədə almış futbolçusu Emil Səfərov əməliyyat olunub.
BAKU.WS xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçuda bazu oynağının təkrari çıxığı baş verib. Nəticədə o, İstanbulda artroskopik əməliyyat olunub.
Əməliyyatı uğurla başa çatan Səfərovun iki gün sonra Bakıya qayıdacağı, müalicə və bərpa prosesinə, təxminən üç aydan sonra isə məşqlərə start verəcəyi bildirilib.
Qeyd edək ki, E.Səfərov Misli Premyer Liqasının XXIX turunda, aprelin 7-də Şamaxı şəhər stadionunda keçirilmiş "Şamaxı" ilə matçda zədələnmişdi.
Oxşar xəbərlər
"Barselona"nın qapıçısı zədələndi: 3 həftə oynamayacaq
"Barselona"nın qapıçısı Joan Qarsiya sağ dizindən aldığı zədə səbəbindən təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. BAKU.WS xəbər verir ki, ispaniyalı q...