"Neftçi" millimizin üzvünü razı sala biləcək? - Müqavilə hazırdı
"Neftçi" gənc futbolçusu Murad Məmmədovla müqaviləni uzatmaq niyyətindədir.
BAKU.WS "İdmanxeber"ə istinadən xəbər verir ki, rəhbərlik artıq oyunçuya yeni müqavilə təklif edib. Hələlik M.Məmmədov bu təklifə müsbət cavab verməyib.
U-21 millimizin üzvü karyerasını ölkə xaricində davam etdirmək istəyir. O, Avropada oynamaq niyyətindədir.
Bununla yanaşı, oyunçunun "ağ-qaralar"dan maaş gözləntisi də yüksəkdir. Muradın hazırkı əməkhaqqısından xeyli artığını tələb etdiyi deyilir.
Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi cari mövsüm "Neftçi" forması ilə 12 oyunda iştirak edib və bir qol vurub, eyni sayda asist edib.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...