"Neftçi" daha bir futbolçunun transferini açıqlayıb
"Neftçi" daha bir futbolçunu heyətinə qatıb.
Klubdan verilən məlumata görə, "ağ-qaralar" ekvadorlu Cordan Rezabala ilə anlaşıb.
25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ekvadorun "İndependyente" klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika çempionatında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək "Sumqayıt"ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.
Oxşar xəbərlər
"Fənərbaxça" klubu Bakıda coşqu ilə qarşılandı
"Turan Tovuz"la qarşılaşacaq olan Türkiyənin "Fənərbaxça" komandası Bakıya gəlib. BAKU.WS xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda klubun...