"Neftçi" "Araz-Naxçıvan"la, "Qarabağ" "Turan Tovuz"la üz-üzə gələcək
"Neftçi" və "Qarabağ" Misli Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
BAKU.WS xəbər verir ki, günün ilk matçında Bakı təmsilçisi "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma saat 16:00-da start götürəcək. "Neftçi" 21 xalla 8-ci, Naxçıvan klubu 27 xalla 6-cı pillədə qərarlaşıb.
Turun son oyununda "Turan Tovuz" "Qarabağ"ın qonağı olacaq. Bu görüş saat 18:30-da başlayacaq. "Köhlən atlar" 36 xalla ikinci, ehtiyatda bir matçı da olan Tovuz təmsilçisi 30 xalla üçüncüdür.
Misli Premyer Liqası
II dövrə, XVIII tur
1 fevral
16:00. "Araz - Naxçıvan" – "Neftçi"
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov.
VAR: Vüqar Həsənli.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Nəriman Axundov.
"Liv Bona Dea Arena"
18:30. "Qarabağ" – "Turan Tovuz"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov.
VAR: Rəşad Əhmədov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Qəbələ" "İmişli"ni (3:2), "Şamaxı" "Kəpəz"i (2:0), "Sabah" "Zirə"ni (3:1) məğlub edib.
Oxşar xəbərlər
"Liverpul" klubu Arne Slotla yolları ayırdığını açıqlayıb
İngiltərənin "Liverpul" klubu baş məşqçi Arne Slotla yolları ayırdığını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, artıq yeni məşqçi təyinatının pro...