"Neftçi" qambiyalı hücumçunun keçidini açıqlayıb
"Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan verilən məlumata görə, paytaxt təmsilçisi qambiyalı hücumçu Dembo Darbo ilə 2 illik müqavilə imzalayıb.
O, Bakı klubunda 22 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib.
Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və Superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.
Oxşar xəbərlər
Bakıda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci günü yeni rekordlarla yadda qalıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə Su İdmanı Sarayında təşkil olunan Dünya Kubokunun iki...