Ən çox gəlir gətirən stadionun adı açıqlanıb
06
mar
2019
23:30
İspaniyanın "Barselona" klubunun ev oyunları keçirdiyi "Nou Kamp" stadionu ən çox gəlir gətirən stadiondur.BAKU.WS bildirir ki, Kataloniya təmsilçisinin stadionu 2017-2018-ci il mövsümündə bilet satışından 144,8 milyon avro qazanc əldə edib. İspaniyanın digər klubu "Real Madrid"in stadionu "Santyaqo Bernabeu" 143,4 milyon avro ilə ikinci, "Mançester Yunayted"in stadionu "Old Trafdford" isə 119,5 milyon avro qazanaraq üçüncü yerdə qərarlaşıb.İlk onluqda sonrakı yerləri müvafiq olaraq "Emireyts" ("Arsenal" - 111,6), "Alianz Arena" ("Bavariya" - 103,8), "Park de Prenc" ("Paris Sen-Jermen" - 100,6), "Enfild" ("Liverpul" - 91), "Uembli" ("Tottenhem" - 85,2), "Stenford Bric" ("Çelsi" - 83,4) və "Etihad" ("Mançester Siti" - 69,9) stadionları tutublar.BAKU.WS
Oxşar xəbərlər
“Mançester Yunayted” Joze Mourinyoya 22,3 milyon avro ödəyib
İngiltərənin “Mançester Yunayted” klubu sabiq baş məşqçi Joze Mourinyonun istefası ilə əlaqədar ona və rəhbərlik etdiyi heyətə ümumilikdə 22,3 milyon avro təzmi...