Mourinyodan Lamin Yamal açıqlaması: "Mənim futbolçularım ən yaxşılarıdır"

Mourinyodan Lamin Yamal açıqlaması: Mənim futbolçularım ən yaxşılarıdır
İdman 6

"Real Madrid"in baş məşqçisi Joze Mourinyo "Barselona"nın gənc ulduzu Lamin Yamalın Madrid klubuna mümkün transferi ilə bağlı sualı cavablandırıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 19 yaşlı futbolçuya maraq göstərmədiyini bildirib.

"Onun yaşında Avropa və dünya çempionu olmaq qeyri-adidir. Amma bizim yüksək səviyyəli heyətimiz var və kiməsə görə yer açmazdım. Hazırda onlar mənim futbolçularımdır. Mənim futbolçularım isə ən yaxşılarıdır", - deyə Mourinyo bildirib.

Qeyd edək ki, Mourinyo daha əvvəl 2010-2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib. Bu müddətdə Madrid klubu onun rəhbərliyi altında İspaniya çempionluğu, ölkə kuboku və Superkubokun qalibi olub.

Mourinyo 2026-cı ildə "Real Madrid"ə qayıdıb. O, yanvar ayında komandadan ayrılan Xabi Alonsonu əvəzləyən Alvaro Arbeloanın yerinə baş məşqçi təyin olunub.

Ötən mövsüm İspaniya çempionluğunu "Barselona" qazanıb, "Real Madrid" isə ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya, ölkə kubokunun 1/8 finalında isə "Albasete"yə uduzub. İspaniya Superkubokunun finalında da "Barselona"ya məğlub olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər