Misli Premyer Liqası: "Zirə"dən "İmişli" qarşısında əzmkar qələbə
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasının II turunda "Zirə" doğma meydanda "İmişli" üzərində inamlı qələbə qazanıb.
BAKU.WS xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
"Zirə" hesabı 43-cü dəqiqədə Eren Aydının qolu ilə açıb. Ruan Renato 80-ci dəqiqədə fərqi iki topa çatdırıb. "İmişli" 82-ci dəqiqədə Dioqo Almeydanın qolu ilə fərqi azaltsa da, Davit Volkov 90+6-cı dəqiqədə "Zirə"nin üçüncü qolunu vuraraq oyunda son nöqtəni qoyub.
Qeyd edək ki, II turun bu gün keçirilən digər matçında "Şəfa" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Turun son oyunu avqustun 23-də keçiriləcək. Avrokuboklardakı çıxışları ilə əlaqədar "Sabah" - "Sumqayıt" və "Qarabağ" - "Kəpəz" qarşılaşmaları isə təxirə salınıb.
Oxşar xəbərlər
"Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır
"Barselona"nın yarımmüdafiəçisi Qavi öz xarakteri, karyerasında üzləşdiyi çətinliklər və bu mövsüm komanda ilə birlikdə qazanmaq istədiyi titullar barədə danışı...