Mikayıl Cabbarov: "Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir"

Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov şəxsi "X" hesabında yazıb.
O, Slovakiyanın paytaxtı Bratislavada keçirilmiş Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamızın qitə çempionu olduğunu xatırladıb:
"Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar. Millimiz sərbəst güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) isə bürünc medal qazandılar. Qadın güləşi millimizin üzvü Jalə Əliyeva (57 kq), zədələrə baxmayaraq, böyük əzmkarlıq nümayiş etdirərək Avropa üçüncüsü oldu. Yunan-Roma güləşi millimiz 2-ci dəfə Avropa çempionu oldu. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Eldəniz Əzizli (55 kq) gümüş, Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazandılar. İdmançılarımızın nümayiş etdirdiyi peşəkarlıq və möhkəm iradə bir daha göstərdi ki, Azərbaycan güləşi dünyanın ən böyük arenalarında sözünü deməyə qadirdir. Güləşçilərimizi, onların valideynlərini, məşqçilərimizi və federasiya nümayəndələrini təbrik edirik".
Slovakiyada keçirilən #Avropaçempionatı-nda həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandamız Avropa çempionu oldu. Güləşçilərimiz bu yarışda 4 qızıl, 2 gümüş və 7 bürünc medal qazandılar.
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 14, 2025
Millimiz sərbəst #güləş üzrə 5-ci dəfə komanda hesabında Avropa çempionu oldu.… pic.twitter.com/UB6GP1VVlG
Oxşar xəbərlər
İşsiz qalan Joze Mourinyo bu klubu çalışdıra bilər
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Türkiyə klubunu Çempionlar Liqasına çıxara bilmədiyi üçün "Fənərbağça"dan qovulub. Bukmeker kontorları Mourinyonun növbət...
