Messinin "İnter Mayami"dəki qazancı bilindi

02
iyl
2023
20:40
Argentina millisinin futbolçusu Lionel Messinin ABŞ-nin "İnter Mayami" futbol klubundakı illik maaşı 50-60 milyon dollar arasında olacaq.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə komandanın prezidenti Xorxe Mas açıqlamasında deyib.
"Müqaviləyə əsasən, Messi mövsümdə 50-60 milyon dollar qazanacaq. Danışıqlara üç il sərf etdim. Lionelin atası Xorxe ilə çoxlu söhbətlər olub", - Mas bildirib.
Xatırladaq ki, ulduz futbolçu iyunun 7-də "PSJ-dən "İnter Mayami"yə keçib.
Oxşar xəbərlər
Argentina millisi üçqat dünya çempionu olub - YENİLƏNİB
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qalibi bəlli olub. Finalda Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub. Hesabı 23...