Messi seriala çəkildi

Messi seriala çəkildi
İdman 66

Argentinalı ulduz futbolçu Lionel Messi ölkə serialının çəkilişlərində iştirak edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Goal" nəşri məlumat yayıb.

36 yaşlı forvard Argentinanın "Los Protectores" serialının epizodlarından birində görünəcək.

Serial karyeralarını xilas etmək və iflasdan qaçmaq üçün birləşən üç futbol agentinə həsr olunub.

Məlumata görə, Messi serialda özünü canlandırır.

Bildirilir ki, çəkilişlər argentinalı PSJ-də çıxış etdiyi vaxt Parisdə baş verib.

Leo ikinci mövsümün ilk epizodunda ekrana çıxıb. Burada agentlər Parisdə Messini ziyarət edir və ona gənc oyunçuları dəstəkləməyi təklif edirlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər