Messi Pekin hava limanında saxlanıldı

Messi Pekin hava limanında saxlanıldı
İdman 647

Lionel Messi Çin polisi tərəfindən saxlanılıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı futbolçu Argentina millisinin Avstraliya yığması ilə yoldaşlıq oyunu keçirəcəyi Pekinə uçub.

Forvard İspaniya pasportu ilə Çinə getməyə çalışıb. Məlum olub ki, İspaniya vətəndaşlarının Çinə gəlişi üçün də viza tələb olunur.

Messi 2 saat sonra sürətləndirilmiş viza alıb. Beləliklə o iyunun 15-də avstraliyalılara qarşı oynaya biləcək.

Son xəbərlər