Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub

Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığma sonuncu belə yenilgisini AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən səfər matçında alıb.
Dünən Stokholmda baş tutan görüşdə Azərbaycan seçməsi yeddinci dəfə meydanı 5 top fərqli məğlubiyyətlə tərk edib. Milli dörd dəfə 0:6, bir dəfə 0:7, bir dəfə 0:8, bir dəfə isə 0:10 hesabına üzülüb.
Ümumiyyətlə, Azərbaycan millisi tarixində 288 oyun keçirib. Bu müddətdə 56 qələbəsi olan komanda 76 dəfə heç-heçə edib və 156 qarşılaşmada uduzub. 288 matçda 218 qol vuran futbolçular 479 top buraxıblar.
19 aprel 1994-cü il. Yoldaşlıq oyunuTa Qali. Malta - Azərbaycan – 5:0
6 sentyabr 1995-ci il. AÇ-1996-nın seçmə mərhələ oyunuOser. Fransa – Azərbaycan – 10:0
2 iyun 1996-cı il. DÇ-1998-in seçmə mərhələ oyunuOslo. Norveç – Azərbaycan – 5:0
11 oktyabr 1997-ci il DÇ-1998-in seçmə mərhələ oyunuSürix. İsveçrə - Azərbaycan – 5:0
26 mart 1999-cu il. AÇ-2000-nin seçmə mərhələ oyunuGimaraeş. Portuqaliya – Azərbaycan – 7:0
18 fevral 2004-cü il. Yoldaşlıq oyunuTəl-Əviv. İsrail – Azərbaycan – 6:0
26 mart 2005-ci il. DÇ-2006-nın seçmə mərhələ oyunuVarşava. Polşa – Azərbaycan – 8:0
15 avqust 2006-cı il. Yoldaşlıq oyunuKiyev. Ukrayna – Azərbaycan – 6:0
24 mart 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunuVarşava. Polşa – Azərbaycan – 5:0
17 oktyabr 2007-ci il. AÇ-2008-in seçmə mərhələ oyunuBakı. Azərbaycan – Serbiya – 1:6
9 iyun 2009-cu il. Yoldaşlıq oyunuBakı. Azərbaycan – İspaniya – 0:6
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunuKöln. Almaniya – Azərbaycan – 6:1
13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunuOsiyek. Xorvatiya – Azərbaycan – 6:0
27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələ oyunuStokholm. İsveç – Azərbaycan – 5:0

Oxşar xəbərlər
Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub
Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub. “Report”un məlumatına görə, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunun İsveçlə oyununda baş...