Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub

Azərbaycan millisi tarixində 13-cü dəfə topu öz qapısına vurub.
“Report”un məlumatına görə, bu, AVRO-2024-ün seçmə mərhələsinin II turunun İsveçlə oyununda baş verib.
Stokholmda keçirilən görüşün 65-ci dəqiqəsində Bəhlul Mustafazadə avtoqol müəllifi olub. Bu, müdafiəçinin millinin heyətində ilk avtoqolu kimi tarixə düşüb.
Mustafayevə qədər yığmamız 12 dəfə belə uğursuzluq yaşayıb. İlk avtoqol Tərlan Əhmədovun hesabındadır. Antirekordçu isə Rəşad Sadıqovdur. O, 4 dəfə topu yığmamızın qapısından keçirib.
Millidə Tərlan Əhmədov, Emin Ağayev, Emin Quliyev, Aftandil Hacıyev, Pavel Paşayev, Anton Krivotsyuk və Maksim Medvedev də avtoqola üzülüblər.
Azərbaycan millisində avtoqol müəllifləri
7 sentyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Bakı. Azərbaycan – İtaliya 0:2
Tərlan Əhmədov, 32 – hesabı açıb
12 oktyabr 2002-ci il. AÇ-2004-ün seçmə mərhələ oyunu
Helsinki. Finlandiya – Azərbaycan – 3:0
Emin Ağayev, 14 – hesabı açıb
14 dekabr 2003-cü il. Yoldaşlıq görüşü
Dubay. BƏƏ – Azərbaycan – 3:3
Emin Quliyev, 4 – hesabı açıb
26 mart 2005-ci il. DÇ-2006-ın seçmə mərhələ oyunu
Varşava. Polşa – Azərbaycan – 8:0
Aftandil Hacıyev, 16 – hesabı 2:0 edib
29 may 2010-cu il. Yoldaşlıq görüşü.
Bişofshofen. Makedoniya – Azərbaycan – 3:1
Rəşad Sadıqov, 66 – hesabı 2:0 edib
7 sentyabr 2010-cu il. AÇ-2012-nin seçmə mərhələ oyunu
Köln. Almaniya – Azərbaycan – 6:1
Rəşad Sadıqov, 53 – hesabı 4:0 edib
13 oktyabr 2014-cü il. AÇ-2016-nın seçmə mərhələ oyunu
Osiyek. Xorvatiya – Azərbaycan – 6:0
Rəşad Sadıqov, 61 – hesabı 6:0 edib
1 sentyabr 2017-ci il. DÇ-2018-in seçmə mərhələ oyunu
Oslo. Norveç – Azərbaycan – 2:0
Rəşad Sadıqov, 60 – hesabı 2:0 edib
23 mart 2018-ci il. Yoldaşlıq görüşü
Bakı. YO. Azərbaycan – Belarus – 0:1
Maksim Medvedev, 42 – yeganə qol
6 sentyabr 2019-cu il. AÇ-2020-nin seçmə mərhələsi
Kardiff. Uels – Azərbaycan – 2:1
Pavel Paşayev, 26 – hesabı açıb
5 sentyabr 2020-ci il. Millətlər Liqası
Bakı. Azərbaycan – Lüksemburq – 1:1
Anton Krivotsyuk, 48 – hesabı 1:1 edib
24 mart 2021-ci il. DÇ-2022-nin seçmə mərhələsi
Turin. Portuqaliya – Azərbaycan – 1:0
Maksim Medvedev, 37 – hesabı açıb
27 mart 2023-cü il. AÇ-2024-ün seçmə mərhələsi
Stokholm. İsveç - Azərbaycan - 3:0
Bəhlul Mustafazadə, 65 - hesabı 2:0 edib
Qeyd edək ki, İsveç - Azərbaycan matçı meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər
AVRO-2024: İsveç Azərbaycan millisini darmadağın etdi - YENİLƏNİB
Azərbaycan millisi İsveçlə qarşılaşmada 5:0 hesabı ilə məğlub olub. Stokholm şəhərindəki “Friends Arena”da oynanılan qarşılaşma meydan sahiblərinin 5:0 hesablı...