Məşhur klub "Qarabağ"ın futbolçusunu 12,5 milyona alır
Şotlandiyanın "Seltik" klubu yay transfer dönəmində ilk transferini reallaşdırmağa yaxındır.
BAKU.WS-in məlumatına görə, klubla Azərbaycan çempionu "Qarabağ" arasında Kamilo Duranın transferi üçün razılıq əldə olunduğu bildirilir.
Məlumata görə, Qlazqo təmsilçisi kolumbiyalı futbolçunun keçidi üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (təxminən 12,5 milyon manat) ödəyəcək.
24 yaşlı klumbiyalı hücumçu ötən mövsüm göstərdiyi məhsuldar çıxışı ilə Avropa klublarının diqqətini cəlb edib. O, bütün turnirlər daxil olmaqla 15 qola imza atıb. Duran xüsusilə UEFA Çempionlar Liqasındakı performansı ilə seçilib. Kolumbiyalı forvard turnirdə "Nyukasl", "Ayntraxt" (Frankfurt), "Benfika" və "Ayaks" kimi güclü rəqiblərin qapısına yol taparaq adından söz etdirməyi bacarıb.
Qeyd edək ki, Kamilo Duranın transferinin rəsmiləşəcəyi təqdirdə, bu, "Seltik"in cari yay transfer pəncərəsində ilk transferi olacaq. Eyni zamanda, bu keçid "Qarabağ"ın son illərdə Avropa klublarına reallaşdırdığı ən diqqətçəkən və yüksək məbləğli transferlərdən biri hesab olunur.
Oxşar xəbərlər
"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb
"Araz-Naxçıvan" Mustafa Əhmədzadə ilə yeni müqavilə imzalayıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bildirilib ki, 23 yaşlı...