Mbappe "Real Madrid"də Beyl və Asensionun uğurunu təkrarlayıb
2024-cü il Qitələrarası Kubokun final oyununda (3:0) "Paçuka" ilə görüşdə qələbə qolunu vuran və məhsuldar ötürmə edən "Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Madrid klubunun futbolçuları üçün nadir nailiyyətə imza atıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Opta Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, Mbappe son 10 ildə "Real Madrid" üçün ilk iki finalda qol vuran üçüncü futbolçu olub.
Əvvəllər bu nailiyyəti uelsli vinger Qaret Beyl (2014) və ispaniyalı Marko Asensio (2017) əldə ediblər.
Xatırladaq ki, Mbappe daha əvvəl "Los Blancos"un tərkibində UEFA Superkubokunu qazanmışdı.
Bu mövsüm Mbappe klubda bütün turnirlərdə 23 matçda forma geyinib, 13 qol vurub və 3 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
UFC çempionu İslam Maxaçev Las-Veqasda Moraleslə döyüşəcək
Rusiyalı yüngül çəki üzrə UFC çempionu İslam Maxaçev növbəti döyüşünü Maykl Moraleslə keçirəcək. BAKU.WS-in məlumatına görə, bu barədə məlumatı "El Comercio" y...