Mbappe PSJ ilə bağlı Fransa Peşəkar Futbol Liqasının intizam komitəsinə şikayət edib
PSJ-nin sabiq hücumçusu Kilian Mbappe maaşının gecikdirilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsinə müraciət edib.
"Report" "RMC" agentliyinə istinadən xəbər verir ki, məsələ ilə bağlı yığıncaq dekabrın 11-də keçiriləcək.
25 yaşlı hücumçu əvvəlki müqaviləsinə əsasən sabiq klubunun ona 55 milyon avro ödəməsini tələb edir.
Sözügedən məsələdə futbolçu haqlı hesab olunarsa, LFP Paris təmsilçisinə transfer qadağası qoya bilər.
Qeyd edək ki, Kilian Mbappe 2018-2024-cü illərdə PSJ-də çıxış edib. O, ötən mövsümün sonu azad agent kimi İspaniyanın "Real" (Madrid) klubu ilə müqavilə imzalayıb.
Oxşar xəbərlər
"Aston Villa" Ferran Torresin transferi üzərində işləyir
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır. BAKU.WS report-a istinadən xəbər veri...