Mbappe Olisenin "Real"a keçidi ilə bağlı danışdı: "Belə məsləhət vermək hörmətsizlik olardı"
Yeniliklərdən dərhal xəbərdar olun
Madrid "Real"ının və Fransa millisinin hücumçusu Kilian Mbappe "Bayern"də çıxış edən Maykl Olisenin İspaniya klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, yay transfer dönəmində "Real"ın Oliseni heyətinə qatmaq istədiyi barədə xəbərlər yayılmışdı. Həmçinin Mbappenin Fransa millisindəki komanda yoldaşını Madrid klubuna keçməyə razı salmağa çalışdığı iddia olunurdu.
Mbappe isə bu məlumatları təsdiqləməyib. O bildirib ki, futbolçuya hazırkı klubundan ayrılmağı məsləhət görmək düzgün olmazdı.
"Bu söz-söhbətləri eşitmişəm. Amma özüm də çox yaxşı bilirəm ki, belə vəziyyət necə olur. "PSJ"də oynadığım vaxt ətrafımda saysız-hesabsız transfer xəbərləri yayılırdı. Məncə, futbolçuya klubundan ayrılmağı məsləhət görmək hörmətsizlik olardı. Bu, "Bayern"ə qarşı da ədalətsiz yanaşma olardı.
Üstəlik, "Bayern" Mayklın böyük uğurlar qazana biləcəyi əla klubdur. Əlbəttə, dünyada istənilən klub Maykl Oliseni heyətində görmək istəyər. O, çox yüksək səviyyəli futbolçudur", – deyə Mbappe bildirib.
Oxşar xəbərlər
Maxaçev Forbes reytinqində birinci oldu - Rusiyanın ən dəyərli idmançı brendləri
Rusiyalı MMA döyüşçüsü İslam Maxaçev Forbes Sport-un 2026-cı il üçün hazırladığı ən dəyərli idmançı brendlərinin reytinqində birinci yeri tutub. BAKU.WS-in məlu...