Mateuş Koxalski: "Qarabağ"dan gedəcəyimi deməmişəm"
"Əlbəttə, hamı kimi mən də dünyanın ən yaxşı klublarında və ən yüksək səviyyədə oynamaq istəyirəm. Düşünürəm ki, bu, normal bir arzudur. Bu o demək deyil ki, mən "Qarabağ"da və ya Azərbaycanda oynamaq istəmirəm".
BAKU.WS xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Qarabağ"ın qapıçısı Mateuş Koxalski deyib.
26 yaşlı qolkiper, Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a 2:3 hesabı ilə uduzduqları matçdan sonra "The Sun" nəşrinə verdiyi müsahibədə özünü İngiltərə klublarına təklif etməsinin geniş müzakirə yaratmasına münasibət bildirib. Koxalski qeyd edib ki, fikri yanlış anlaşılıb və o, ayrılacağını demək istəməyib:
"Mən "Qarabağ"dan gedəcəyimi demədim. Xeyr, məsələ belə deyil. Sadəcə, Premyer Liqada oynamaq istəyirəm".
Koxalski Azərbaycan Premyer Liqasının XXIII turunda "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etdikləri görüşlə bağlı da danışıb:
"Nəhayət, yaxşı nəticə əldə etdik. Altı qol vurduq və qapımızı toxunulmaz saxladıq. Mən çox xoşbəxtəm. Əlbəttə, üç xal bizim üçün çox vacibdir. Çox sevinirəm və arzu edirəm ki, komandamız növbəti oyunda da eyni cür və ya daha yaxşı oynasın".
Qeyd edək ki, 2024-cü ildə "Qarabağ"a transfer olunan Mateuş Koxalskinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
Gənclər və İdman Nazirliyində yeni təyinat olub
Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri vəzifəsi Ülviyyə Axundovaya həvalə olunub. BAKU.WS xəbər verir ki, bununla bağlı Gənclər və İdman n...