Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb
02
fev
2025
22:35
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.
"Report"un məlumatına görə, titullu idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib.
"Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".
Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.
Oxşar xəbərlər
Azərbaycan futbolu Yunanıstandan nə öyrənə bilər? - "TOP-al"da Millətlər Liqası gündəmi
Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında UEFA Millətlər Liqasında keçirilən qarşılaşmalar, Azərbaycan millisinin çıxışı və dünya futbolunda gündəmdə ol...