"Mançester Yunayted"in əfsanəsi Osimhen barədə: Bizə onun kimi oyunçu lazımdır

"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rio Ferdinand bu mövsüm "Qalatasaray"dakı çıxışı ilə adından söz etdirən Viktor Osimhen haqqında təriflər yağdırıb.
BAKU.WS xəbər verir ki, Ferdinand Osimhenin "Mançester Yunayted"ə töhfə verəcəyini biləcəyini deyib.
"Mən "Mançester Yunayted"in idarə heyətinin yerində olsaydım, gələn il Viktor Osimhen "Mançester Yunayted"in formasını geyinərdi",-deyə Rio Ferdinand bildirib.
O, həmçinin qeyd edib ki, "Mançester Yunayted"ə meydanda nə etdiyini bilən elit oyunçular lazımdır:
"Bizə onun təcrübəsi lazımdır. Bizə qol vurmağı bilən adam lazımdır. Bizə "Mançester Yunayted"dəki gənc hücumçulara qol vurmağın yollarını göstərə bilən adam lazımdır. Bizə hər zaman qol vurmaq vərdişində olan biri lazımdır. Osimhen bunu edib və edir.
Düzdür, Osimhen hələ Premyerliqada oynamayıb və bu məni maraqlandırmır. Mən onu "Mançester Yunayted" forması ilə görmək istəyirəm".

Oxşar xəbərlər
"Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirib
"Qəbələ" Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib. Bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb. Bölgə təmsilçisi doğma meydanda "hərbçilər...