Lionel Messi "Qalatasaray"a keçid üçün bu şərtləri irəli sürüb

Lionel Messi Qalatasaraya keçid üçün bu şərtləri irəli sürüb
İdman 151

Türkiyənin "Qalatasaray" klubu dünya futbolunun ulduzu Lionel Messini heyətinə qatmaq üçün danışıqlar aparır.

BAKU.WS-in məlumatına görə, bunu jurnalist Levent Tüzemen yazıb.

Məlumata görə, argentinalı futbolçunun İstanbul təmsilçisində çıxış etməsi üçün irəli sürülən şərtlər olduqca diqqətçəkəndir.

İddialara əsasən, Messi bir oyun üçün 3,5–4 milyon avro məbləğində qonorar tələb edir. Futbolçunun yalnız iki həftədə bir, həm də yalnız ev oyunlarında meydana çıxması nəzərdə tutulur. Səfər matçlarında iştirak isə planlaşdırılmır.

Şərtlər arasında baş məşqçinin Messini onun razılığı olmadan əvəzləyə bilməməsi, eləcə də futbolçuya komandanın kapitanı statusu və geniş səlahiyyətlərin verilməsi də yer alır. Messi meydanda heç bir taktiki məhdudiyyət olmadan, "10 nömrə" mövqeyində sərbəst oynamaq istəyir.

Təhlükəsizlik məsələlərinə də xüsusi önəm verildiyi bildirilir. Belə ki, Messinin stadiona 10-dan çox zirehli avtomobil və klubun təmin etdiyi mühafizəçilərin müşayiəti ilə gəlməsi nəzərdə tutulur. Bundan əlavə, futbolçunun Türkiyədə olduğu müddətdə bütün xərclərinin tam şəkildə klub tərəfindən qarşılanacağı qeyd olunur.

Qeyd edək ki, bu iddialar rəsmi mənbələr tərəfindən hələ təsdiqlənməyib. Lakin məlumatlar doğru olarsa, bu transfer futbol tarixinin ən bahalı və ən qeyri-adi razılaşmalarından biri kimi yadda qala bilər.

Son xəbərlər