İlham Əliyev qadın voleybolçuları mükafatlandırdı
03
okt
2017
19:33
Prezident İlham Əliyev Azərbaycan Voleybol Federasiyasına 2 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Oktyabrın 3-prezident İlham Əliyev qadın voleybolçularımızın Avropa çempionatında uğurlu iştirakı ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, voleybol üzrə qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının uğurlu iştirakı, ölkəmizi layiqincə təmsil etməsi nəzərə alınaraq, respublikamızda voleybolun inkişafında xidmətlərinə görə Azərbaycan Voleybol Federasiyasına 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.BAKU.WS
Oxşar xəbərlər
Prezident Bakıda keçiriləcək festivala 1 milyon ayırdı
Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər...