Prezident Bakıda keçiriləcək festivala 1 milyon ayırdı
28
sen
2017
17:50
Prezident İlham Əliyev 2017-ci il oktyabrın 15-dən noyabrın 15-dək Bakı şəhərində keçiriləcək ticarət festivalı (“shopping festival”) ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamla Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərin davamı olaraq, oktyabrın 15-dən noyabrın 15-dək Bakıda ticarət festivalının (“shopping festival”) təşkili məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə bir milyon manat ayrılıb.Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS
Oxşar xəbərlər
Salyanda çoxmənzilli binalarda yaşayanlara ŞAD XƏBƏR: Prezident 3 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Salyan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına gö...