Lənkəranda qəzalı binalar təmir olunacaq: Prezident 7,5 milyon manat ayırıb
07
iyn
2017
22:31
Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri və bərpası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
BAKU.WS-in məlumatına görə, Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 13 çoxmənzilli binada əsaslı təmir və bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 7,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Yevlaxa 3 milyon manat ayırıb
Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərində çoxmənzilli yaşayış binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumat...